May 01 2020 12:58
Elshad Aliyev
Views: 173

Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri vətəndaşların evlərinə baş çəkir, onların sosial problemləri ilə maraqlanırlar. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov yaşı 65-dən yuxarı olan şəhər sakinlərinin evlərində olublar. Sakinlərin sosial problemləri ilə maraqlanan icra hakimiyyətinin rəsmiləri onlarla profilaktik söhbətlər də aparıblar. Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Yaşı 65-dən yuxarı istənilən şəxs də qərargahın qaynar xətti ilə əlaqə saxlaya bilər. Müraciət olunacağı təqdirdə Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən könüllü olaraq həmin şəxslərə sosial xidmətlərin göstərilməsi təmin ediləcək. 

Gəncə şəhər sakini Sədaqət Məmmədova bildirib ki, yaşı 65-dən yuxarı olduğu üçün xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaşayış yerini tərk edə bilmir. Bu cür xidmətlərin göstərilməsi olduqca təqdirəlayiqdir. O, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.  

Qeyd edək ki,  xüsusi karantin rejimi günlərində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələr və tənha ahıl şəxslərə yardımların paylanılması, yaşı 65-dən yuxarı tənha şəxslərə (o cümlədən, müxtəlif səbəblərdən tənha yaşayan şəxslərə) könüllü olaraq sosial xidmətlərin göstərilməsi davam edir.


Create Account



Log In Your Account