May 05 2020 14:04
Elshad Aliyev
Views: 53

Ölkədə koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq modul tipli xəstəxanaların tikintisinə başlanılıb. Bu xəstəxanalardan biri də Gəncədə inşa edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdəki Yoluxucu Xəstəliklər Xəstəxanasının yaxınlığında inşa edilən modul tipli xəstəxana 2700 kvadrat metr ərazidə qurulur. Üç korpusdan ibarət olacaq xəstəxanada infeksiyaya yoluxmuş 200 nəfərə eyni vaxtda tibbi yardım göstərmək imkanı yaradılacaq.

Üç bölmənin hər birində uzunluğu 100, eni 10 metr olan beton örtüyün döşənməsi işləri yekunlaşdırılıb, konstruksiyalarla xəstəxananın qurulmasına başlanılıb. Tikinti işləri ilə yanaşı, əraziyə su, təbii qaz və elektrik xətləri çəkilir. Koronavirus pandemiyasına yoluxmuş şəxslərin effektiv müalicəsinin təmin edilməsi məqsədilə inşa edilən modul tipli xəstəxanada işlərin 45 günə tam başa çatdırılması nəzərdə tutulur.


Create Account



Log In Your Account