May 16 2020 11:38
Elshad Aliyev
Views: 31

Gəncədə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin və Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara tibbi maskalar paylanılır, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində isə qanunamüvafiq qaydada tədbirlər görülür.

Növbəti belə reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovun iştirakı ilə baş tutub. Onlar şəhərdə fəaliyyət göstərən iri market və mağazalarda, geyim dükanlarında və apteklərdə, o cümlədən ictimai nəqliyyatda xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinin səviyyəsi ilə yerində tanış olublar.


Create Account



Log In Your Account