Apr 14 2017 17:33
Ulviyye Sabirqizi
Views: 264

IV İslam Həmrəylik Oyunlarına dəstək məqsədilə təsis edilən “Gənclər kuboku” layihəsinin açılış mərasimi olub. 

CBC xəbər verir ki, idman sahəsindəki gənclərin maraqlarını nəzərə alan bu çempionat “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. “Gənclər kuboku” İslam Həmrəylik Oyunlarında oynanılacaq 10 idman növünü əhatə edir və müxtəlif gənclər qrupu arasında keçirilir. Bu gün keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən seçilən komandalar aprelin 15-dən etibarən hər həftəsonu layihəni əhatə edəcək idman növləri üzrə yarışacaqlar. Yarışların nəticələri və gedişatın izlənilməsi üçün www.youthcup.az yeni veb-sayt gənclərin istifadəsinə verilib. Bir sıra yarışlar “İrəli Radio”dan canlı şərh olunacaq.

Mirhəsən Seyidov, “İrəli” İB-nin sədri:

“Ümumilikdə bizə 2000-dən çox gəncin müraciəti daxil olub. Onlardan 1000-dən artıq gənc 14 müxtəlif komandada 10 idman növü üzrə yarışacaqlar. Bura İslam Həmrəylik Oyunlarında keçiriləcək yarışların formatlarının hamısı daxil edilib. Düşünürəm ki, gənclər üçün yeni, maraqlı bir tendensiya olacaq və həftə sonları belə oyunların təşkil olunması, eyni zamanda, bir növ gənclərin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi gətirib çıxaracaq. Layihənin davamı olaraq, İslam Həmrəyliyi Oyunları bitəndən sonra da belə “Gənclər kuboku”nun təsis olunması bu gənclər üçün yeni bir həftəsonu tədbirlər planına gətirib çıxaracaq”. 

 


Create Account



Log In Your Account