Feb 03 2018 12:11
Ferah Sabirqizi
Views: 1230

Naxçıvan şəhəri 2018-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Bu barədə 2 fevral - Gənclər günü münasibətilə keçirilən tədbirdə məlumat verildi. Bildirildi ki, Naxçıvan onlayn səsvermə nəticəsində qalib olub. "Gənclər paytaxtı"nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olundu.

Bu günkü gənclər vətənpərvər, təhsilə meylli, milli-mənəvi, mədəni köklərinə bağlı, cəmiyyətin sosial məsələlərinə diqqətli və təşəbbüskardırlar. Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxışı zamanı belə dedi. Qeyd etdi ki, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət dəstəyinin göstərilməsi sahəsində yeni formatlar tətbiq edilir. Gənclərin ictimai təşəbbüskarlığı, təşkilatlanması məsələləri də əsas məqsədlərdəndir.

2018-ci ilin mühüm hadisələrlə zəngin olacağına diqqət çəkən nazir il ərzində müxtəlif tədbirlərin təşkil olunacağını bildirdi. Bu sırada Bakının “Ekspo-2025” dünya Sərgisinə namizədliyilə bağlı gənclər arasında esse müsabiqəsi də var.

Tədbirdə ötən il mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatları təqdim olundu.

Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-cı ildən ölkəmizdə Gənclər günü qeyd olunandan sonra digər ölkələr də bu təşəbbüsə qoşulub. Azərbaycanda bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər hər il Gənclər günündə yekun hesabat verirlər.


Create Account



Log In Your Account