Apr 07 2021 17:02
Elshad Aliyev
Views: 139

Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsi ilə bağlı aprelin 9-da saat 16:00-da “Zoom” platforması üzərindən məlumat sessiyası keçiriləcək.

AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, məlumat sessiyasında iştirak etmək istəyən təşkilat rəhbərlərinin aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçmələri xahiş olunur.

Məlumat sessiyasında yalnız qeydiyyatdan keçən şəxslər iştirak edə biləcəklər.

Link elektron poçt ünvanına avtomatik olaraq göndəriləcək.

Qeydiyyat linki: https://us02web.zoom.us/meeting/register/tZIsceivqjkrGNUbOEKw 

 


Create Account



Log In Your Account