Nov 05 2019 15:10
Elshad Aliyev
Views: 60

SOCAR AQŞ “Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən 347 nömrəli quyuda qazma işlərinə başlayıb.

SOCAR AQŞ-dən CBC-yə verilən məlumata görə, 347 nömrəli quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3 350 metr təşkil edir. 

“Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Keyfiyyət, Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.


Create Account



Log In Your Account