Dec 09 2019 12:37
Elshad Aliyev
Views: 58

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2020-ci ilə dair neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

AZƏRTAC banka istinadla xəbər verir ki, gələn il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 63 dollar olacaq. “Goldman Sachs”ın əvvəlki proqnozu isə 60 dollar/barrel idi.

Bankın “Light” markalı neftin bir barrelinin növbəti il üzrə qiymət proqnozu 58,5 dollardır.

“Goldman Sachs” bu proqnozu “OPEC plus” üzrə sutkalıq neft hasilatının gələn ildən daha 500 min barrel azaldılmasına dair qərar qəbul eiləndən sonra verib. Banka görə, “OPEC plus” strategiyasında üzrə uzunmüddətli balanssızlıqların düzəldilməsi əvəzinə, qısamüddətli fiziki qeyri-müəyyənliklərin idarə edilməsi üçün dəyişikliklər aparılır.


Create Account



Log In Your Account