Nov 25 2019 11:01
Elshad Aliyev
Views: 78

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2019-cu və 2020-ci illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

AZƏRTAC banka istinadla xəbər verir ki, bu il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 63,9 dollar olacaq. “Goldman Sachs”ın gələn il üzrə proqnozu isə 60 dollar/barreldir.

Bankın “Light” markalı neftin bir barrelinin builki qiymətinə dair proqnozu 56,9 dollar, 2020-ci il üzrə isə 55,5 dollardır.

“Goldman Sachs” 2020-ci ildə qlobal neft tələbatının gündəlik 1,2 milyon barrel artacağını və qeyri-OPEC üzrə neft tədarükünün isə sutkada 2,1 milyon barrel çoxalacağını gözləyir.


Create Account



Log In Your Account