Feb 17 2017 12:02
Ulviyye Sabirqizi
Views: 1802

“Belə bir görüşün Bakıda keçirilməsinə, düşünürəm ki, təəccüb etmək lazım deyil. Bu, təbii bir nəticədir”.

Bunu CBC-yə açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda keçirilən görüşünü müsbət qiymətləndirib:

“Bu, Azərbaycanın xarici siyasətinin aparılması və bu ölkələrlə çox yaxşı münasibətdə olmasından xəbər verir. Əlbəttə ki, bu, çox müsbət və Azərbaycanın maraqlarına cavab verən bir amildir. Həm Rusiya Federasiyası ilə, həm ABŞ ilə strateji formatda münasibətləri inkişaf etdiririk. Onlar belə bir mühüm görüşü Azərbaycanın paytaxtında keçirirlərsə, deməli, hər iki dövlət Azərbaycana etimad edir. Hər iki dövlət başa düşür ki, Azərbaycanın Cənubi Qafqaz regionunda rolu kifayət qədər yüksəkdir. Əgər Bakı belə bir meydançaya çevrilirsə, deməli aparıcı oyunçular ona etimad edir. Özlərini burada firavan hiss edir və dünyada baş verən qlobal məsələləri burada müzakirə edir”.

 


Create Account



Log In Your Account