Dec 27 2019 13:12
Elshad Aliyev
Views: 110

"“Şahdəniz-2”, TANAP kimi böyük və strateji layihələrin önəmi sadəcə əsrin regional layihələri olmalarında deyil".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Trunava yerli televiziya kanallarından birində çıxışı zamanı deyib.

Nazir bildirib ki, həyata keçirilən layihələrlə Gürcüstanın qaz tranzitində rolu daha da artacaq: "“Şahdəniz-2”, TANAP kimi böyük və strateji layihələrin önəmi sadəcə əsrin regional layihələri olmasında deyil. Bu layihələr bizim ölkəmizin təhlükəsizliyini və geosiyasi mövqeyini gücləndirir. Bununla yanaşı, bu layihələr həm də bizim vətəndaşlarımızın maliyyə durumunda özünü göstərir. Təbii qaz tranzitində dəhlizi funksiyası yerinə yetirməklə alacağımız kvota yaxın illərdə, şübhəsiz ki, artacaq. Bu, güzəştli qazdır. Genişmiqyaslı qazlaşdırma aparırıq və bütün Gürcüstanın 85%-i qazlaşdırılacaq", - deyə N.Trunava bildirib.


Create Account



Log In Your Account