Mar 18 2020 16:31
Elshad Aliyev
Views: 85

“Gürcüstanda koronavirusa yoluxma halları artarsa, hökumət daha təsirli addımlar atacaq. Həmin tədbirlərdən biri də əhalinin koronavirus testindən kütləvi şəkildə keçirilməsi olacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan bu məsələ ilə bağlı Çin və Cənubi Koreya ilə danışıqlar aparır və bu metodun tətbiqi ilə bağlı onlardan tövsiyələr gözləyir.

E.Tikaradze əlavə edib ki, koronavirusa yoluxma halları artmaqda davam edərsə ölkədə tədris prosesinin də yenidən dayandırılması qaçılmaz olacaq.


Create Account



Log In Your Account