May 04 2020 18:07
Elshad Aliyev
Views: 130

Koronavirus pandemiyası dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaradılan Azərbaycan evləri və ayrı-ayrı diaspor təşkilatları aztəminatlı və həssas əhali qruplarına dəstək göstərməkdə, humanitar aksiyalar həyata keçirməkdə davam edirlər.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə sosial təcrid şəraitində yaşayan aztəminatlı və çoxuşaqlı ailələrə, ahıl insanlara dəfələrlə yardım edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi bu dəfə Telavi rayonunun Qaracalar kəndində yaşayan 100 azərbaycanlı ailəsinə ərzaq bağlamaları paylayıb.

GAİM rəhbərliyi Telavi rayonunun meri Şota Nareklişviliyə məktub ünvanlayaraq humanitar aksiya barədə məlumat verib. Ərzaq dəstəyi kənd məscidi vasitəsilə həyata keçirilib.

Məscidin rəhbəri Veysəl Orucov Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) təşəkkürünü bildirib.

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətə başlayıb.


Create Account



Log In Your Account