Jun 11 2020 12:17
Elshad Aliyev
Views: 82

Gürcüstan yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə Ermənistana yardım üçün tibbi işçiləri göndərəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında məlumat verib.

O bildirib ki, ölkənin Səhiyyə Nazirliyinə tibbi heyətin hazırlanması ilə bağlı tapşırıq verilib.

Baş Nazir qeyd edib ki, yardımın göndərilməsi üçün Gürcüstana Ermənistan tərəfindən müraciət olunub.


Create Account



Log In Your Account