Mar 23 2020 13:50
Elshad Aliyev
Views: 33

Gürcüstanın insan hüquqları üzrə müvəkkili (ombudsmanı) Nino Lomcaria Kvemo Karti bölgəsinin Marneuli və Bolnisi rayonlarında tətbiq olunan ciddi karantin rejimi ilə bağlı yerli sakinlərə müraciət edib.

AZƏRTAC xəbər verir ki, ombudsman xüsusi rejimi yaxından izləyəcəyini, hər iki rayonda yaranmış vəziyyətdə yerli əhalinin ehtiyaclarının müəyyən olunması və insan hüquqlarının qorunması üzrə monitorinq keçiriləcəyini bildirib.

Müvəkkil rayon sakinlərini zərurət yaranacağı hallarda Ombudsman Aparatının 14 81 saylı “qaynar xətti” ilə əlaqə saxlamağa çağırıb. Azərbaycan dillində danışan əhalinin problemlərinin həlli məqsədilə bu işə, həmçinin aparatın əməkdaşı Murad Hüseynov cəlb olunub (telefon nömrəsi: 591 70 10 73).


Create Account



Log In Your Account