May 14 2020 12:22
Elshad Aliyev
Views: 67

Gürcüstan ölkədə turizm sektorunun bərpası məqsədilə bir sıra ölkələrlə “yaşıl dəhliz”in yaradılması istiqamətinə müzakirələr aparır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin sessiyasında deyib.

O bildirib ki, Gürcüstanın xarici turistləri qəbul edəcəyi ilk ölkə İsrail olacaq. İsraillə yanaşı Gürcüstan digər ölkələrlə də “yaşıl dəhliz”in yaradılması istiqamətində aktiv danışıqlar aparır: “Bizim Çexiya, Polşa, Baltik ölkələri, Avstriya və əlbəttə ki, qonşu ölkələrlə aktiv danışıqlarımız davam edir. Gürcüstan onların ən təhlükəsiz şəkildə səfər etmələrini təmin etmək üçün əlindən gələni edəcək”.


Create Account



Log In Your Account