Mar 24 2020 12:54
Elshad Aliyev
Views: 115

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.

"Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini  qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik", - paylaşımda bildirilib.


Create Account



Log In Your Account