Apr 15 2020 11:47
Elshad Aliyev
Views: 81

“Gürcüstan Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir və  qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilib. Bəyanatda bildirilib ki, qonşu ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident seçkiləri”nin ikinci raundunu tanımır.

“Gürcüstan tərəfi  qondarma “Dağlıq Qarabağ Respublikası”nı və Azərbaycanın bu regionunda keçirilən “prezident seçkiləri”nin ikinci raundunu tanımır. Gürcüstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış  ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir”, -deyə bəyanatda bildirilib.


Create Account



Log In Your Account