May 26 2020 13:39
Elshad Aliyev
Views: 167

Gürcüstan ərazisinə daxil olan xarici ölkə vətəndaşlarından son 72 saat ərzində əldə edilmiş koronavirus PSR testinin neqativ cavabını təsdiqləyən sənəd və ya antikor test sertifikatı tələb ediləcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə “Anadolu” agentliyinə müsahibəsində Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancqava bildirib.

Onun sözlərinə görə, əcnəbi səyahətçilərdən əlavə olaraq koronavirus müalicəsini də əhatə edən tibbi sığorta, tibbi maskadan istifadə və termal yoxlanışdan keçmə tələb olunacaq.

Qeyd edək ki, Gürcüstan əcnəbi turistlərin qəbuluna iyulun 1-dən başlamağı planlaşdırır.


Create Account



Log In Your Account