Mar 24 2020 11:42
Elshad Aliyev
Views: 33

Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantində saxlanılır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə klinikanın direktoru Mixeil Kamuşadze bildirib.

O qeyd edib ki, hazırda karantin zonasında ümumilikdə 62 nəfər saxlanılır ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır. Karantində saxlanılanlardan 6-da koronavirusun tipik sindromları var və onlardan götürülən analizlər artıq laboratoriyaya göndərilib.


Create Account



Log In Your Account