Jun 11 2020 13:29
Elshad Aliyev
Views: 51

Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv edilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Bolnisi meriyası məlumat yayıb.

Bildirilib ki, kənd ərazisində sonuncu yoluxma halı mayın 16-da qeydə alınıb.

Qeyd olunub ki, karantin rejiminin ləğv edilməsi istiqamətində hazırlıq işləri aparılır.

Xatırladaq ki, Bolnisi rayonunda yeni növ koronavirusa indiyədək 186 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 114 nəfər sağalıb, 4 nəfər isə vəfat edib.


Create Account



Log In Your Account