Jun 08 2020 10:56
Elshad Aliyev
Views: 52

Gürcüstanda şəhərlərarası sərnişin daşımalar bərpa edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan hökumətinin qərarına əsasən bu gündən etibarən qonşu ölkədə şəhərlərarası avtobusların fəaliyyəti bərpa edilib.

Qatarla şəhərlərarası hərəkətə gətirilən məhdudiyyət isə qüvvədə saxlanılıb.
 

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbi ilə martın 23-də Gürcüstanda şəhərlərarası qatarların və avtobusların hərəkəti məhdudlaşdırılıb.

Bundan başqa, Gürcüstan hökumətinin qərarına əsasən bu gündən etibarən ölkə ərazisində valyutadəyişmə məntəqələrinin fəaliyyətlərini bərpa etmələrinə icazə verilib.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbi ilə martın 31-də Gürcüstanda valyuta dəyişmə məntəqələrinin fəaliyyəti məhdudlaşdırılıb. Bu müddət ərzində müvafiq xidmətdən yalnız banklarda istifadə etmək mümkün olub.


Create Account



Log In Your Account