Apr 01 2021 11:00
Elshad Aliyev
Views: 156

Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan bir neçə məhdudiyyət aprelin 1-dən ləğv olunub.

AZƏRTAC xəbər verir ki, bu gündən teatr tamaşaları və idman yarışlarının tamaşaçıların iştirakı ilə keçirilməsinə icazə verilib.

Bundan başqa, uşaq əyləncə mərkəzləri və kinoteatrların da fəaliyyəti bərpa olunub.

Amma Gürcüstanda saat 21:00-dan 05:00-dək tətbiq edilən komendant saatı, açıq havada və ictimai nəqliyyatda qoruyucu maskadan məcburi istifadə tələbi və digər bəzi məhdudiyyətlər hələ də qüvvədə qalır.

 


Create Account



Log In Your Account