Apr 06 2020 12:55
Elshad Aliyev
Views: 69

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi stopcov.ge saytında məlumat verilib.

Bildirilir ki, ölkədəki 188 şəxs COVID-19 infeksiyasına yoluxub. Onlardan 36-sı sağalıb, 2-si isə həyatını itirib.

Hazırda 5056 nəfər karantində, 386 nəfər isə stasionar nəzarətdə saxlanılır.


Create Account



Log In Your Account