Apr 14 2020 11:40
Elshad Aliyev
Views: 68

Gürcüstanda daha 24 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 296 nəfərə çatıb. 

Bildirilib ki, hazırda ölkə üzrə 4834 nəfər karantində saxlanılır. Virusa yoluxmuş şəxslərdən 68 nəfəri sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account