Feb 28 2020 16:26
Elshad Aliyev
Views: 250

Gürcüstanda koronavirusa daha bir yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Koronavirus İtaliyadan qayıdan Gürcüstan vətəndaşında təsdiq olunub. O, Kutaisi aeroportunda müayinədən keçib.

Mərkəz rəhbəri həmin şəxsin hazırkı vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib.

Bu gün Gürcüstanda koronavirusa yoluxmuş iki nəfər var. Yüksək hərarətlə sərhəd keçid məntəqələrindən karantinə yerləşdirilən şəxslərin sayı isə 20 nəfərdən çoxdur.

Onlarda həllik koronavirus aşkarlanmayıb.


Create Account



Log In Your Account