Apr 13 2020 12:08
Elshad Aliyev
Views: 77

Gürcüstanda fövqəladə vəziyyət mayın 18-dək uzadıla bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Commersant.ge” xəbər saytı məlumat yayıb. Bildirilib ki, ölkədəki epidemoloji vəziyyətin dinamikasından asılı olaraq martin 21-də elan edilən fövqəladə vəziyyət rejiminin mayın 18-dək uzadılması istisna edilmir. Məlumatda qeyd edilib ki, bu barədə parlamentin büro iclasında müzakirələr aparılıb. 

Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət aprelin 21-də başa çatır.


Create Account



Log In Your Account