Apr 30 2020 11:54
Elshad Aliyev
Views: 73

1 yanvar 2020-ci il tarixinə olan göstəriciyə görə Gürcüstan əhalisinin sayı illik müqayisədə 0.2% azalaraq 3 716.9 min nəfər təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, əhalinin 59%-i şəhər yerlərində, təxminən üçdə biri isə paytaxt Tbilisidə məskunlaşıb.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli regionunda isə 434 min nəfər qeydiyyatdadır ki, onlardan 189.7 nəfər şəhər, 244.5 nəfər isə kənd yerlərində yaşayır. 

Yanvarın 1-nə olan göstəriciyə görə ölkə əhalisinin 20.4%-ni 0-14 yaş qrupundan olanlar, 64.5%-ni 15-64 yaş arasından olanlar, 15.1%-ni isə yaşı 65-dən çox olanlar təşkil edir. Məlumatda qeyd olunub ki, ölkə əhalisinin 48%-ni kişilər (1 790.3 min nəfər), 52%-ni isə qadınlar (1 926.6 min nəfər) nəfər təşkil edir. 

Hesabata əsasən 2019-cu ildə ölkədə emiqrantların sayı əvvəlki illə müqayisədə 6.2% artaraq 105 107 nəfərə çatıb, imiqrantların sayı isə  9.9% artaraq 96 864 nəfər təşkil edib. 


Create Account



Log In Your Account