Aug 07 2020 10:51
Elshad Aliyev
Views: 74

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 yoluxma halı qeydə alınıb.   

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 680 nəfər karantində saxlanılır, 333 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 994 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.


Create Account



Log In Your Account