Aug 08 2020 11:41
Elshad Aliyev
Views: 162

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 216 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 166 nəfər karantində saxlanılır, 282 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 994 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.


Create Account



Log In Your Account