Apr 01 2020 10:32
Elshad Aliyev
Views: 73

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 115-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə 5105 nəfər karantində saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 294-dür. Virusa yoluxmuş şəxslərdən 22-si  artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.


Create Account



Log In Your Account