Apr 07 2020 11:06
Elshad Aliyev
Views: 70

Gürcüstanda  daha 7 nəfərdə yeni növ  koronavirusa (COVİD-19) yoluxma aşkarlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 195-ə çatıb. Hazırda ölkə üzrə karantində 4735, stasionar müalicədə isə  383 nəfər var. Virusa yoluxmuş şəxslərdən 39-u sağalıb, ikisi isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.


Create Account



Log In Your Account