Apr 09 2020 10:57
Elshad Aliyev
Views: 79

Gürcüstanda koronavirusa yoluxanların  sayı 214 nəfərə çatıb.

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların  sayı 214 nəfərə çatıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4559 nəfər saxlanılır, stasionar müalicədə isə  353 nəfər var. Virusa yoluxmuş şəxslərdən 50-si sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.


Create Account



Log In Your Account