Apr 15 2020 10:34
Elshad Aliyev
Views: 74

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 306 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4990 nəfər saxlanılır, stasionar müalicədə isə 462 nəfər var. Virusa yoluxmuş şəxslərdən 69-u sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.


Create Account



Log In Your Account