Mar 17 2020 11:21
Elshad Aliyev
Views: 38

Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 34 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Hazırda ölkədə karantində saxlanılanların sayı isə 1008 nəfərdir. 

Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account