Jun 15 2021 11:58
Elshad Aliyev
Views: 122

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1092 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 355 368, xəstəlikdən ölənlərin sayı isə 5 083 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 341 103 nəfərin sağaldığı bildirilir.


Create Account



Log In Your Account