Apr 20 2020 12:20
Elshad Aliyev
Views: 67

Gürcüstanda koronavirusa yoluxma halı artıb. Son 24 saat ərzində daha 11 nəfər COVID-19 virusuna yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi stopcov.ge saytında bildirilir.

Məlumatda bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 399-a çatıb. Onların 93-ü sağalıb, 4-ü ölüb. Daha 3 Gürcüstan vətəndaşı müalicə üçün xarici ölkələrdən Tbilisiyə gətirilib.

Hazırda karantində 4782, stasionar nəzarətdə isə 503 nəfər saxlanılır.


Create Account



Log In Your Account