Apr 23 2020 10:49
Elshad Aliyev
Views: 66

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 420 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə karantində 5148 nəfər saxlanılır, stasionar müalicədə isə  573 nəfər var. Virusa yoluxmuş şəxslərdən 107-si sağalıb, 5 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.


Create Account



Log In Your Account