Mar 20 2020 11:26
Elshad Aliyev
Views: 259

Gürcüstanda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 43 nəfərə çatıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet səhifəsində bildirilib.

Ölkə ərazisində ümumilikdə 1575 nəfər karantində saxlanılır, 274 nəfər isə stasionar nəzarətdədir.

Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account