Apr 28 2020 10:41
Elshad Aliyev
Views: 53

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 14 yoluxma halı qeydə alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 511-ə çatıb. 

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5107 nəfər saxlanılır, stasionar müalicədə isə 534 nəfər var. Virusa yoluxmuş şəxslərdən 156-sı sağalıb, 6 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account