May 05 2020 11:02
Elshad Aliyev
Views: 60

Gürcüstanda daha 11 nəfər  yeni növ koronavirusa (COVID-19) yoluxub. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 604-ə çatıb.

Bildirilib ki, qonşu ölkədə koronavirus səbəbi ilə 4887 nəfər karantində saxlanılır, 550 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 240-ı sağalıb, 9-u isə ölüb.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.


Create Account



Log In Your Account