May 08 2020 11:03
Elshad Aliyev
Views: 42

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 8 yeni yoluxma halı qeydə  alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. 

Bununla da ölkədə virusa yoluxanların sayı 623 nəfərə çatıb. 

Qeyd olunub ki, koronavirus səbəbi ilə 4723 nəfər karantində saxlanılır, 446 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 288 nəfəri sağalıb, 9 nəfəri isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. 


Create Account



Log In Your Account