May 09 2020 11:47
Elshad Aliyev
Views: 374

Gürcüstanda koronavirusa (COVID-19) 3 yeni yoluxma halı qeydə alınıb.  APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə yoluxanların sayı 626 nəfərə çatıb.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus  səbəbi ilə 4 702 nəfər karantində saxlanılır, 459 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 297-si sağalıb, 10-u isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account