May 13 2020 16:35
Elshad Aliyev
Views: 47

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayında artım qeydə alınıb.

Mayın 13-də daha 5 nəfər koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı rəsmi stopgov.ge saytında məlumat yerlləşdirilib.

Bildirilir ki, bununla da ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 647 nəfərə çatıb. Onların 372-si müalicə olunaraq sağalıb, 11-i isə dünyasını dəyişib.

Hazırda karantində 4373 nəfər, stasionarda isə 386 nəfər saxlanılır.


Create Account



Log In Your Account