May 16 2020 11:43
Elshad Aliyev
Views: 325

Gürcüstanda koronavirusa 6 yeni yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı rəsmi stopcov.ge saytında məlumat verilir.

Bildirilib ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 677-yə çatıb. Onların 419-u müalicə olunaraq sağalıb, 12-si isə ölüb.

Hazırda ölkə üzrə karantində 3 873, stasionar nəzarətdə isə 393 nəfər saxlanılır. Xaricdən Gürcüstana gətirilən koronavirusa yoluxmuş 3 vətəndaş da ölkədə müalicə olunur.


Create Account



Log In Your Account