May 20 2020 11:07
Elshad Aliyev
Views: 46

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 713 nəfərə çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Klinikasının tibb direktoru Marina Ezugbaya məlumat verib.

O bildirib ki, koronavirusa görə 3914 nəfər karantində saxlanılır, 340 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 475 nəfər sağalıb, 12 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. 


Create Account



Log In Your Account