May 23 2020 11:40
Elshad Aliyev
Views: 350

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi İnfeksiyon Xəstəliklər Xəstəxanasının Tibbi direktoru Marina Ezuqbaya bildirib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 728 nəfərə çatıb. 

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3259 nəfər karantində saxlanılır, 207 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 509 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account