May 28 2020 11:47
Elshad Aliyev
Views: 72

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 738 nəfərə çatıb. 

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 3076 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 573-ü sağalıb, 12-i isə dünyasını dəyişib.


Create Account



Log In Your Account