May 29 2020 10:32
Elshad Aliyev
Views: 66

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə yoluxanların sayı 746 nəfərə çatıb.

Hazırda Gürcüstanda koronavirus  səbəbi ilə 2966 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 576 nəfər sağalıb, 12 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account