Jun 05 2020 10:39
Elshad Aliyev
Views: 78

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 805 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 2424 nəfər karantində saxlanılır, 304 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xəstəliyə yoluxanlardan 650 nəfər sağalıb, 13 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account